2025-ci ildə Qarabağ iqtisadi rayonunda çayların illik su ehtiyatı 831,7 kubmetr təşkil edib.
"Report"un Zəngilana ezam olunmuş əməkdaşı xəbər verir ki, bunu Zəngilanda ekoloji işçi qrupunun iclası zamanı Milli Elmlər Akademiyasının (AMEA) vitse-prezidenti, Elm və Təhsil Nazirliyi Molekulyar Biologiya və Biotexnologiyalar İnstitutunun baş direktoru İradə Hüseynova deyib.
O bildirib ki, Qubadlıda, Zəngilanda meşələrin monitorinqi həyata keçirilib:
"Radiasiya fonununu ilkin ölçmələri həyata keçirilir, çayların ilkin bioloji qiymətləndirməsi həyata keçirilir. Azad edilən ərazilər bizim su ehtiyatlarımızı artırdı. Ötən il Qarabağ iqtisadi rayonunda çayların illik su ehtiyatı 831,7 kubmetr təşkil edib".
O bildirib ki, Şərqi Zəngəzurda çayların illik su ehtiyatı isə 1622,6 kubmetr olub:
"Bu ərazilərin çay suları ölkənin daxili su ehtiyatlarının təxminən 24 faizinə bərabərdir".