IMG-LOGO

Qız qaçırmanın cəzası nədir? - CAVAB

13 Mar 2026 12:07 2 baxış
IMG
1 0

Lent.az-ın "Bir sual, bir cavab" rubrikasında növbəti sual qız qaçırma, yəni adam oğurluğu ilə bağlıdır.

Qız qaçırmanın cəzası nədir?

Lent.az xəbər verir ki, bu cinayət adam oğurluğu hesab olunur və 5 ildən 10 ilədən azadlıqdan məhrumetmə ilə cəzalandırılır. 

Eyni əməllər Cinayət Məcəlləsinin 144.2-ci maddəsində nəzərdə tutulmuş ağırlaşdırıcı hallarla törədildikdə 8 ildən 12 ilədək, CM-nin 144.1 və 144.2-ci maddələrində nəzərdə tutulmuş əməllər yetkinlik yaşına çatmayan şəxs barəsində törədildikdə və ya ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə, yaxud digər ağır nəticələrə səbəb olduqda 10 ildən 15 ilədək azadlıqdan məhrumetmə ilə cəzalandırılır. 

qız qaçırma adam oğurluğu bir sual - bir cavab

Xəbər lenti