Məşhur aktrisa Sidni Svini son müsahibəsində həm karyerası, həm də şəxsi həyatı ilə bağlı diqqətçəkən məqamlara toxunub.
Lent.az xarici mediaya istinadla xəbər verir ki, o, xüsusilə yeniyetməlik illərində yaşadığı bir hadisəni bölüşərək məşhur futbolçu Kərim Benzemanın ona mesaj yazdığını etiraf edib.
Sosial şəbəkədəki şəxsi mesaj qutusu ilə bağlı sualı cavablandıran 28 yaşlı ulduz, 15 yaşında olarkən Benzemanın ona müraciət etdiyini bildirib. Aktrisa həmin vaxt idmançının kim olduğunu bilmədiyini, lakin profilinə baxdıqda böyük təəccüb hissi keçirdiyini qeyd edib. Mesajın konkret məzmununu xatırlamadığını deyən Svini, bu hadisənin yaddaşında maraqlı bir xatirə kimi qaldığını vurğulayıb.
Şəxsi həyatındakı dəyişikliklərdən də bəhs edən aktrisa, yeddi illik nişanlılıq müddətindən sonra hazırda subay olduğunu açıqlayıb. Özünü azad hiss etdiyini deyən Svini, hazırda yeni bir münasibətə ehtiyac duymadığını və sevgi qapılarını bağlamasa da, əsas diqqətini peşəkar fəaliyyətinə yönəltdiyini bildirib. O, yaxın gələcəkdə yeni layihələrlə pərəstişkarlarının qarşısına çıxmağa hazırlaşır.
Sidni Svini Karim Benzema maqazin