Ötən il "Azərbaycan Dəmir Yolları" QSC-yə məxsus 153,3 kilometr dəmir yolu xətti təmir olunub.
"Report" bu barədə Nazirlər Kabinetinin 2025-ci il fəaliyyəti haqqında icmal hesabata istinadən xəbər verir.
Sənədə əsasən, il ərzində dəmir yolu infrastrukturunun saxlanması üzrə 83,7 kilometr yol, müxtəlif tipli 861 ədəd vaqon əsaslı təmir, 2 099 vaqon, 1 826 ədəd lokomotiv (elektrovozlar üzrə 879, teplovozlar üzrə 947) müxtəlif növ təmir edilib.
2025-ci ildə Azərbaycana gətirilən 4 ədəd elektrik qatarlarının sınaq yürüşləri başa çatdırılaraq istismara verilib, vaqon parkının genişləndirilməsi və modernləşdirilməsi məqsədilə daxili investisiya hesabına 300 ədəd yeni vaqon alınıb.