IMG-LOGO

Lu Mey: Çin Azərbaycanın üçüncü ən böyük ticarət tərəfdaşıdır

13 Mar 2026 11:43 7 baxış
IMG

2026-cı ilin yanvarında Çin və Azərbaycan arasında ticarət dövriyyəsi 420 milyon ABŞ dollarına çatıb və nəticədə Pekin Azərbaycanın üçüncü ən böyük ticarət tərəfdaşı olub.

"Report" xəbər verir ki, bunu Çinin Azərbaycandakı səfiri Lu Mey brifinqdə bildirib.

"İkitərəfli əlaqələrin səviyyəsinin yüksəlməsi sayəsində ölkələrimiz arasında iqtisadi və ticarət əməkdaşlığı nəzərəçarpacaq və dinamik artım nümayiş etdirir. Çinlə Azərbaycan arasında ticarət dövriyyəsi 2024-cü illə müqayisədə 2025-ci ildə 30,2 % artaraq 4,87 milyard ABŞ dollarına çatıb və bu, ardıcıl olaraq üçüncü dəfə əldə olunmuş rekord göstəricidir. 2026-cı ilin yanvarında Çin və Azərbaycan arasında ticarət dövriyyəsinin 420 milyon ABŞ dollarına çatması nəticəsində Çin ilk dəfə Azərbaycanın üçüncü ən böyük ticarət tərəfdaşı olub", - səfir qeyd edib.

Xəbər yenilənir...

Xəbər lenti