"Azərpoçt" MMC ötən il 131,7 min ədəd ödəniş kartı emissiya edib.
"Report" bu barədə Nazirlər Kabinetinin 2025-ci il fəaliyyəti haqqında icmal hesabata istinadən xəbər verir.
Bu il yanvarın 1-nə cəmiyyətə məxsus aktiv ödəniş kartlarının ümumi sayı 408,5 min ədədə çatıb.
"Azərpoçt" şəbəkəsində 86 ədəd ATM, 110 ədəd POS cash, 1 048 ədəd POS retail, 221 ədəd Mobil POS, 64 ədəd səyyar ödəniş qəbulu terminalı, həmçinin 20 ədəd SmartPay ödəniş terminalı vasitəsilə vətəndaşlara xidmət göstərilir.
Hesabat ilində əvvəlki illə müqayisədə qəbul edilmiş daxili sadə və sifarişli məktub korrespondensiyasının sayı 7,7 % azalaraq 7 686,5 min ədəd, beynəlxalq sadə məktub və banderolların sayı 3,6 % azalaraq 61,3 min ədəd, sifarişli məktub və banderolların sayı 3,1 % azalaraq 31,9 min ədəd, qəbul edilmiş beynəlxalq kiçik paketlərin sayı 0,5 % azalaraq 20,5 min ədəd, çıxan beynəlxalq bağlamaların sayı 0,7 % azalaraq 12,5 min ədəd, daxil olan beynəlxalq bağlamaların sayı 2,7 % azalaraq 26 min ədəd, daxili bağlamaların sayı isə 27,2 % azalaraq 159,4 min ədəd, qəbul edilmiş daxili kiçik paketlərin sayı 18,6 % artaraq 545,9 min ədəd, daxil olan beynəlxalq kiçik paketlərin sayı 43 % azalaraq 544,8 min ədəd olub.
Bundan başqa bağlı tranzit poçt xidmətlərinin göstərilməsinə dair İsrail, Belarus və Qazaxıstanın milli poçt operatorları ilə razılaşmalara əsasən hesabat dövründə 76,4 min kiloqram tranzit poçt həcmi emal olunaraq qeyd edilən ölkələrə göndərilib.
Ötən il İqtisadiyyat Nazirliyi sürətli poçt xidməti üzrə 40 ədəd əsas lisenziya və 250 ədəd lisenziyaya əlavə verib, 5 ədəd lisenziya yenidən rəsmləşdirilib, 59 ədəd lisenziya isə ləğv edilib.