IMG-LOGO

Pentaqon: Avropa ölkələrinin əksəriyyəti İrana qarşı əməliyyatı dəstəkləyir

12 Mar 2026 23:50 4 baxış
IMG

Avropa ölkələrinin əksəriyyəti İrana qarşı əməliyyat zamanı ABŞ-yə fəal hərbi dəstək göstərir.

"Report" xəbər verir ki, bunu NATO-nun Avropadakı Birləşmiş Silahlı Qüvvələrinin ali baş komandanı, general Aleksus Qrinkeviç ABŞ Senatının Silahlı Qüvvələr Komitəsində keçirilən dinləmələrdə bildirib.

"Mən deyərdim ki, bütövlükdə avropalı müttəfiqlərimizin əksəriyyəti, xüsusilə də hərbi səviyyədə İrana qarşı əməliyyatı son dərəcə dəstəkləyir. Onlar bazalara çıxış və öz hava məkanlarından keçmək hüququ verirlər", - hərbi komandan bildirib.

Qrinkeviç qeyd edib ki, avropalıların bu qərarları o cümlədən ABŞ-dən uçan hava gəmilərinin yanacaqla doldurulmasını, həmçinin İrana qarşı əməliyyat çərçivəsində hərbi təyinatlı yüklərin əhəmiyyətli hissəsinin daşınmasını təmin etməyə imkan verir.

General xatırladıb ki, ictimaiyyətə bəzi Avropa ölkələrinin kifayət qədər tez hərəkət etmədiyi və ya Vaşinqtona tələb olunan giriş imkanını təmin etmədiyi məlumdur. "Lakin Avropada hazırda Yaxın Şərqdə baş verən hadisələrə daha çox dəstək var", - Qrinkeviç vurğulayıb.

Xəbər lenti