IMG-LOGO

ABŞ-da sinaqoqa hücum edən silahlı şəxs öldürülüb

12 Mar 2026 23:02 10 baxış
IMG

ABŞ-nin Miçiqan ştatının Vest-Blumfild şəhərindəki sinaqoqa hücum edilib.

"Report" "Associated Press"ə istinadən xəbər verir ki, hələ adı açıqlanmayan şəxs sinaqoqun binasına avtomobilini çırpıb. Nəticədə nəqliyyat vasitəsi alovlanıb.

Hadisədən sonra silahlı şəxs təhlükəsizlik işçiləri tərəfindən öldürülüb. Oakland dairəsinin şerifi Mayk Buşar rəsmi olaraq təhlükəsizlik işçilərinin təcavüzkara qarşı ölümcül güc tətbiq etdiyini təsdiqləyib.

Müstəntiqlər ölənin şəxsiyyətini müəyyən etmək üçün çalışırlar.

Xəbər lenti