Dünya şöhrətli pop ulduzu Maykl Ceksonun anası Ketrin Cekson 96 illik yubileyi ərəfəsində ictimaiyyət qarşısına çıxıb.
Lent.az xarici mediaya istinadla xəbər verir ki, uzun müddətdir kameralardan uzaq qalan ailə başçısı qızı La Toya Ceksonla birlikdə kilsə ayinində iştirak edib.
Müğənni La Toya Cekson anası ilə olan təsirli görüntüləri öz "Instagram" hesabında paylaşıb. Videoda Ketrin Ceksonun təkərli kürsüdə olmasına baxmayaraq, olduqca şıq göründüyü və sakit rəftarı ilə diqqət çəkdiyi görünür.
La Toya Cekson paylaşımında anasına olan sevgisini bu sözlərlə ifadə edib: "Bu gözəl xanımın 4 mayda 96 yaşı tamam olacaq. Sevgi saçan xeyirxah bir ruh və hamımız üçün ilham mənbəyi! Səni sevirik, ana!"
Ketrin Cekson son illərdə mediadan uzaq olsa da, Ceksonlar sülaləsinin formalaşmasında mühüm rol oynayıb. Maykl Cekson sağlığında verdiyi müsahibələrdə anasının övladlarına olan sonsuz qayğısını tez-tez vurğulayırdı. 2009-cu ildə "Pop kralı"nın vəfatından sonra isə Ketrin onun üç övladının Prins, Peris və Biqi Ceksonun qəyyumluğunu öz üzərinə götürərək onları böyüdüb.
Maykl Cekson maqazin
