IMG-LOGO

Kolinda Qrabar-Kitaroviç: Beynəlxalq institutlar yeni reallıqlara uyğunlaşmalıdır

12 Mar 2026 16:37 15 baxış
IMG

Beynəlxalq institutlar yeni geosiyasi reallığa və dünya siyasətindəki dəyişikliklərə uyğunlaşmalıdır.

"Report" xəbər verir ki, bu barədə Xorvatiyanın sabiq prezidenti Kolinda Qrabar-Kitaroviç XIII Qlobal Bakı Forumunda bildirib.

Onun sözlərinə görə, qaydalara əsaslanan beynəlxalq nizam bu gün tədricən öz yerini güclər balansının əsas rol oynadığı sistemə verir. Bu fonda o vurğulayıb ki, dövlətlərin suverenliyi, ərazi bütövlüyü və siyasi müstəqilliyi də daxil olmaqla, beynəlxalq hüququn əsas prinsiplərini qoruyub saxlamaq xüsusilə vacibdir.

O qeyd edib ki, dünya yüksək volatillik və çoxsaylı münaqişə nöqtələri ilə üzləşir, lakin əsas problem təkcə qeyri-sabitlikdə deyil, həm də beynəlxalq ictimaiyyətin arxayınlığındadır.

"Müasir çağırışlara effektiv cavab vermək üçün beynəlxalq institutlarda elə islahatlar aparmaq lazımdır ki, onlar mövcud geosiyasi reallıqlara uyğun gəlsin və beynəlxalq norma və prinsiplərə riayət olunmasını daha səmərəli şəkildə təmin edə bilsinlər", - Xorvatiyanın sabiq prezidenti bildirib.

Xəbər lenti