IMG-LOGO

Kyell Maqne Bunnevik: BMT Təhlükəsizlik Şurasında islahatların aparılmasına ehtiyac var

12 Mar 2026 14:48 4 baxış
IMG

Birləşmiş Millətlər Təşkilatının (BMT) Təhlükəsizlik Şurasında islahatların aparılmasına ehtiyac var.

"Report" xəbər verir ki, bunu Norveçin sabiq baş naziri Kyell Maqne Bunnevik (1997-2000 və 2001-2005) XIII Qlobal Bakı Forumunda bildirib.

Onun sözlərinə görə, regional təşkilatların gələcəkdə, xüsusilə təhlükəsizlik məsələlərində daha mühüm rol oynaması hazırda qarşıda duran əsas vəzifədir:

"Müasir beynəlxalq sistem dəyişikliklərə uğrayır və İkinci Dünya müharibəsindən sonra yaradılmış qlobal nizam faktiki olaraq dağılıb. BMT kimi təşkilatlar maliyyələşmənin azalması və əsas dövlətlərin onu tərk etməsi səbəbindən zəifləyib, Avropa isə yenidən bölünüb. BMT Təhlükəsizlik Şurasında islahatların aparılmasına ehtiyac var, çünki hazırkı tərkib real güc balansını əks etdirmir. Afrika, Latın Amerikası və ərəb dünyası daimi yerlər almalıdır, Avropa isə Avropa İttifaqı tərəfindən təmsil oluna bilər. Regional təşkilatların aparıcı rol oynadığı daha kiçik, lakin daha səmərəli BMT-yə hazırlaşmaq lazımdır".

Xəbər lenti