IMG-LOGO

Küveyt aeroportu dronların hücumuna məruz qalıb

12 Mar 2026 13:29 5 baxış
IMG

Küveytin Beynəlxalq hava limanı dronların hücumuna məruz qalıb.

"Report" xəbər verir ki, bu barədə "The Guardian" yerli KİV-lərə istinadən məlumat yayıb .

Məlumata görə, dronlar müəyyən maddi ziyan vurub, lakin xəsarət alan olmayıb.

Bununla yanaşı qeyd olunub ki, hücumun məsuliyyətini heç kim öz üzərinə götürməyib.

Xatırladaq ki, ABŞ və İsrail fevralın 28-də İrana qarşı hərbi əməliyyatlara başlayıb. Nəticədə İranın ali rəhbəri ayətullah Əli Xamenei və bir sıra yüksək vəzifəli şəxslər öldürülüb. Bundan sonra İran İsraillə yanaşı, ABŞ və müttəfiqlərinin hərbi bazalarının yerləşdiyi Səudiyyə Ərəbistanı, Qətər, Birləşmiş Ərəb Əmirlikləri, Oman, Bəhreyn, İraq və Kiprdə müəyyən etdiyi hədəflərə zərbələr endirməyə başlayıb.

Xəbər lenti