IMG-LOGO

Alfred Qusenbauer: Avropa İttifaqı həm daxildən, həm xaricdən təzyiqlərlə üz-üzədir

12 Mar 2026 13:49 6 baxış
IMG

Avropa İttifaqı həm daxildən, həm xaricdən təzyiqlərlə üz-üzədir.

"Report" xəbər verir ki, bunu Avstriyanın 2007-2008-ci illərdə kansleri olmuş Alfred Qusenbauer XIII Qlobal Bakı Forumu çərçivəsində keçirilən panel iclasda deyib.

Onun sözlərinə görə, hazırda Qərb liberal demokratiyanın avanqardı kimi görünmür:

"Fikrimcə, liberal demokratiyanın əsas dayağı hazırda yalnız Avropa İttifaqıdır. Bu qurum da həm daxildən anti-Avropa avtoritar qüvvələrin, həm də xaricdən Rusiya və ABŞ-nin təzyiqləri ilə üz-üzədir".

Xatırladaq ki, Qlobal Bakı Forumu 2013-cü ildən Azərbaycanda keçirilir. Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin təşkilatçılığı ilə keçirilən ənənəvi forumda müxtəlif ölkələrdən Azərbaycana gələn nümayəndələr dünyadakı proseslər, qlobal təhlükəsizlik, güc balansı, beynəlxalq hüquq və digər məsələlər ətrafında müzakirələr aparırlar.

Xəbər lenti