IMG-LOGO

Yusif Dursunov: "Gənclərin Avropa çempionatından qızıl medalla dönəcəyimə inanıram"

12 Mar 2026 11:56 5 baxış
IMG

Serbiyanın Zrenyanin şəhərində keçirilən U-23 Avropa çempionatında gümüş medal qazanan Azərbaycan sərbəst güləşçisi Yusif Dursunovun növbəti hədəfi gənclərin Avropa çempionatının qalibi olmaqdır.

"Report"un yarışa ezam olunan əməkdaşı xəbər verir ki, güləşçi bunu final görüşündən sonra jurnalistlərə açıqlamasında deyib.

O, finaldakı məğlubiyyətin səbəbini bəzi səhvlərlə əlaqələndirib:

"Bu gün U-23 Avropa çempionatında gümüş medal qazandım. Əslində xalçaya qızıl medal üçün çıxmışdım, amma qismət olmadı. Müəyyən səhvlərim oldu. İnşallah, səhvlərin üzərində işləyib, növbəti yarışlarda daha yaxşı nəticələr əldə etməyə çalışacağam".

Güləşçi hədəfinin qızıl medal olduğunu vurğulayıb:

"Qarşıda bizi gənclərin Avropa çempionatı gözləyir. Yarışa hazırlaşmaq üçün təlim-məşq toplanışlarına yollanacağam. İnanıram ki, növbəti yarışdan qızıl medalla dönəcəyəm".

Xəbər lenti