IMG-LOGO

Güclü baş ağrılarına səbəb ola bilən məhsulların SİYAHISI

12 Mar 2026 11:03 5 baxış
IMG
10 0

Miqren çox vaxt tərkibində tiramin, nitritlər, natrium qlutamat və ya histamin olan qidalar tərəfindən təhrik olunur. Miqren güclü və yorucu baş ağrısıdır. O, adətən işığa həssaslıq, üzün bir tərəfində ağrı, ürəkbulanma və bəzən hətta qusma ilə müşayiət olunur. Bəzi qidalar, məsələn, tünd şokolad və spirtli içkilər migren tutmalarına səbəb ola bilər.

Bu barədə Lent.az məlumat verir:

Hansı qidalar güclü baş ağrısını yarada bilər

Kofein Miqreni olan bəzi insanlarda kofein simptomları azalda bilər. Lakin digər insanlarda o, əksinə, tutmanı başladan faktor ola bilər. Kofeinin qəfil dayandırılması da “imtina baş ağrısı”na səbəb ola bilər. Buna görə gündəlik kofein miqdarını sabit saxlamaq və onu tədricən azaltmaq tövsiyə olunur.

Uzun müddət yetişdirilmiş pendirlər Çeddar, parmezan və qouda kimi yetişmiş pendirlər tiramin adlı maddə ehtiva edir. Bu maddə pendirdə zülalların zamanla parçalanması nəticəsində yaranır və miqreni tətikləyən əsas faktorlardan biri hesab olunur.

Emal olunmuş ət və kolbasalar Bekon, kolbasa və salam kimi duzlanmış və emal edilmiş ət məhsullarında nitrat və nitritlər olur. Bu maddələr qan damarlarını genişləndirə və güclü baş ağrısı tutmalarına səbəb ola bilər.

Alkoqol Spirtli içkilər, xüsusilə qırmızı şərab, migreni yaradan məşhur amillərdən biridir. Bunun səbəbləri müxtəlifdir, lakin alkoqol susuzlaşmaya səbəb ola və qan dövranına təsir göstərə bilər.

Şokolad Şokoladın tərkibində həm kofein, həm də tiramin var. Bu səbəbdən o, migreni təhrik edə bilən qidalar sırasına daxil edilir.

Sağlıq miqren ağrıları

Xəbər lenti