IMG-LOGO

Cəfər Babayev: "İstehlakçı hüquqlarının qorunmasında işçi qaydada "yumşaq güc" alətlərindən istifadə edirik"

12 Mar 2026 10:59 6 baxış
IMG

Prezident yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyi yalnız qanunvericiliklə verilmiş səlahiyyətlərdən deyil, həm də işçi qaydada "yumşaq güc" alətlərindən istifadə edir.

"Report" xəbər verir ki, bunu Agentliyinin sədrinin birinci müavini Cəfər Babayev Bakıda keçirilən "Müasir rəqəmsal dünyada istehlakçılar: elektron ticarət, rəqəmsal xidmətlər və təhlükəsizlik məsələləri" forumunda bildirib.

Onun sözlərinə görə, elektron-rəqəmsal sahədə baş verən münasibətlər göstərir ki, istehlakçı ilə sahibkar arasında olan ənənəvi münasibətlər artıq yeni yanaşmalarla qiymətləndirilməlidir:

"Bu məqsədlə agentlik elektron platforma sahibləri ilə mütəmadi görüşlər keçirir və həmin görüşlər zamanı istehlakçı hüquqlarının daim diqqət mərkəzində saxlanmasını tələb edir. Bu sahədə əsas vasitələrdən biri də maarifləndirmə tədbirləridir. Maarifləndirmə zamanı istehlakçılara mümkün qanun pozuntuları, dələduzluq halları və rəqəmsal mühitdə baş verə biləcək digər risklər barədə məlumat verilir".

Xəbər lenti