Rusiya Prezidentinin xarici ölkələrlə investisiya-iqtisadi əməkdaşlıq üzrə xüsusi nümayəndəsi Kirill Dmitriyev Rusiya və ABŞ-ın iqtisadi əməkdaşlıq üzrə işçi qrupunun rəhbərlərinin Floridada (ABŞ) danışıqlar apardığını təsdiqləyib.
"Report" xəbər verir ki, o bu barədə öz Telegram kanalında yazıb.
"Həm Rusiya-ABŞa münasibətlərinin bərpasına kömək edə biləcək perspektivli layihələri, həm də dünya enerji bazarlarında mövcud böhran vəziyyətini müzakirə etdik", - o yazıb.
Daha əvvəl Rusiya KİV-ləri müxtəlif mənbələrə istinadən Kirill Dmitriyevin Floridada ABŞ Prezidenti Donald Trampın administrasiyasının nümayəndələri ilə danışıqlar apardığını xəbər vermişdi.