Moskvada “Vnukovo” və “Domodedovo” hava limanlarının fəaliyyəti bərpa edilib.
Lent.az-ın xəbərinə görə, hava limanlarına təyyarələr enməyə başlayıb, artıq bir uçuş həyata keçirilib.
Qeyd edək ki, bundan əvvəl Moskva meri Sergey Sobyanin pilotsuz uçuş aparatları (PUA) ilə Moskvaya hücum cəhdlərinin olduğunu açıqlamışdı. Hava hücumundan müdafiə sistemləri PUA-ları zərərsizləşdirib.
***
saat 06.53
Noyabrın 26-na keçən gecə Moskvada hava hücumundan müdafiə sistemləri Naro-Fominsk və Odintsovo şəhər rayonunda pilotsuz təyyarələrin kütləvi hücumunun qarşısını alıb.
Lent.az-ın məlumatına görə, bu barədə paytaxt meri Sergey Sobyanin özünün Telegram kanalında məlumat verib. "Hava Hücumundan Müdafiə Qüvvələri Moskvaya doğru uçan PUA-nı vurub", - mer yazıb.
Sobyaninin sözlərinə görə, Bryansk, Tula və Kaluqa vilayətlərində pilotsuz uçuş aparatlarını (PUA) vaxtında aşkarlamaq və məhv etmək mümkün olub.
“Tələfat və ya ciddi dağıntı olmayıb”, - mer qeyd edir.
Merin sözlərinə görə, dronların daha da müəyyənləşdirilməsi üzrə işlər davam edir. Hazırda fövqəladə hallar xidmətinin əməkdaşları PUA-nın dağıntılarının düşdüyü yerlərdə işləyir.