IMG-LOGO

Pitonları şalvarının arasında ölkəyə keçirmək istədi

20.02.2024 09:18 52 baxış
IMG

Kanadadan üç piton keçirməyə cəhd edən şəxs sərhəddə yaxalanıb.

Lent.az xarici mediaya istinadla bildirir ki, 38 yaşlı Nyu-York sakini Kalvin Bautista adi avtobusda qeyri-qanuni yollarla sürünənləri Nyu-Yorka keçirmək istəyib. Amerikalı ilanları Monrealda 2,5 min dollara alıb.

O, pitonları xüsusi qutulara qoyub, budlarının içərisinə şalvarının altından yapışdırıb. Lakin sərhəd xidmətinin əməkdaşları qaçaqmalçını sərhəddə tutublar.

Onu ona görə saxlayıblar ki, insanlar üçün təhlükəli heyvanlar daşınma qaydalarına əməl edilmədən və əvvəlcədən sənədlər alınmadan ABŞ-a gətirilə bilməz. İlanlar müsadirə edilib və Bautista bir il şərti həbs cəzasına məhkum edilib. O, həmçinin beş min dollar cərimələnib.

Pitonlar Florida ştatında invaziv növ hesab edilir.

Xəbər lenti