IMG-LOGO

Yəmən sahillərində ABŞ gəmisi bir gündə ikinci dəfə hücuma məruz qalıb

19.02.2024 21:01 53 baxış
IMG

Yəmənin Ədən limanı yaxınlığında ABŞ-yə məxsus olan və Yunanıstan bayrağı altında üzən ticarət gəmisi 24 bir sutka ərzində ikinci dəfə hücuma məruz qalıb.

“Report” “Reuters”ə istinadən xəbər verir ki, bu barədə dəniz təhlükəsizliyi məsələləri ilə məşğul olan Britaniyanın “Ambrey” şirkəti bildirib.

“Yunanıstan bayrağı altında üzən yük daşıyıcısı Yəmənin Ədən şəhərindən təxminən 81 dəniz mili cənub-şərqində ikinci insident barədə məlumat verib”, - bəyanatda deyilir.

Qeyd olunub ki, mərmi gəminin göyərtəsindən təxminən 15 metr aralıda suya düşüb.

Bizim Telegram kanalımıza abunə olun

Xəbər lenti