IMG-LOGO

Hakan Fidan Türkiyə və Azərbaycanla bağlı İrana xəbərdarlıq edib

07 Mar 2026 22:30 3 baxış
IMG

Tükiyə İrandakı müharibənin yayılmasını istəmir və bölgədəki hadisələri narahatlıq üçün səbəb sayır.

"Report" xəbər verir ki, bunu Türkiyənin xarici işlər naziri Hakan Fidan İstanbulda Türk Dövlətləri Təşkilatının (TDT) Xarici İşlər Nazirləri Şurasının (XİNŞ) qeyri-rəsmi iclasından sonra mətbuata açıqlamasında bildirib.

Onun sözlərinə görə, İran qonşuları ilə yaxşı yola getməlidir: "Üçüncü ölkələrə hücum strategiyası çox səhvdir. Bu gün müharibəni (ABŞ, İsrail və İran arasında) bitirmək üçün bütün diplomatik əlaqələri davam etdiririk. Digər tərəfdən TDT Türkiyə və qardaş Azərbaycan qarşısında baş verən hücumlar zamanı güclü dəstək və həmrəylik nümayiş etdirib".

Xəbər lenti