IMG-LOGO

BMT TŞ-nin İranla bağlı təcili iclası çağırılıb

28 Feb 2026 19:05 3 baxış
IMG

BMT Təhlükəsizlik Şurası Yaxın Şərqdə artan gərginlik fonunda İranla bağlı təcili iclas çağırıb.

"Report"un ABŞ bürosu xəbər verir ki, Şuranın 10112-ci iclası Bakı vaxtı ilə 1 mart 2026-cı il tarixində saat 01:00-da Nyu-Yorkda keçiriləcək.

İclasın regionda son hərbi eskalasiya və İran ətrafında yaranmış təhlükəsizlik vəziyyətinə həsr olunacağı gözlənilir.

Şura üzvlərinin mövcud vəziyyəti qiymətləndirəcəyi və mümkün diplomatik addımları nəzərdən keçirəcəyi bildirilir.

Xəbər lenti