Naxçıvan əhalisinin 50,1 faizini qadınlar təşkil edir.
"Report"un yerli bürosu xəbər verir ki, bunu Naxçıvan Muxtar Respublikasının Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Ramilə Seyidova bildirib.
Onun sözlərinə görə, təhsil sahəsində çalışanların 70 faizi, səhiyyə və sosial xidmətlər sahəsində işləyənlərin 80 faizi, istirahət, əyləncə və incəsənət sahəsində fəaliyyət göstərənlərin isə 62 faizi qadınlardır.
"Hazırda Naxçıvan Muxtar Respublikası Ali Məclisinin deputatlarının 36 faizini qadınlar təşkil edir. Eyni zamanda, muxtar respublikadan bir qadın deputat Azərbaycan Respublikasının Milli Məclisinə seçilib".
Ramilə Seyidova qeyd edib ki, hazırda muxtar respublikada bələdiyyə üzvlərindən 182 nəfəri qadındır.