“Qarabağ” futbol klubu 8 Mart- Beynəlxalq Qadınlar Günü münasibətilə xanım azarkeşlərə sürpriz edib.
Lent.az xəbər verir ki, Ağdam klubunun Misli Premyer Liqası çərçivəsində “Araz-Naxçıvan”la keçiriləcək ev oyununa xanım azarkeşlər pulsuz buraxılacaq.
Qeyd edək ki, oyun sabah saat 19:15-də Tofiq Bəhramov adına Respublika Stadionunda baş tutacaq.
İdman xəbərləri Qarabağ klubu 8 Mart jesti