IMG-LOGO

ATƏT PA-nın nümayəndə heyəti Gürcüstana səfər edəcək

07 Mar 2026 16:37 6 baxış
IMG

ATƏT Parlament Assambleyasının (PA) yüksək səviyyəli nümayəndə heyəti 8–10 mart tarixlərində Gürcüstana səfər edəcək.

"Report"un Gürcüstan bürosu xəbər verir ki, qurumun mətbuat xidmətinin məlumatına görə, nümayəndə heyətinə Assambleyanın prezidenti Pere Joan Pons Sampietro rəhbərlik edəcək.

Məlumata görə, nümayəndə heyəti səfər çərçivəsində Gürcüstanda müxtəlif siyasi qüvvələrin nümayəndələri və vətəndaş cəmiyyəti təşkilatları ilə görüşlər keçirəcək.

Bildirilib ki, səfər ATƏT Parlament Assambleyası üzvlərinə ölkədəki son siyasi proseslər, demokratiya, təhlükəsizlik və regional sabitliklə bağlı məsələlər barədə gürcü tərəfi ilə fikir mübadiləsi aparmaq imkanı yaradacaq.

Xəbər lenti