IMG-LOGO

Tehranda güclü partlayışlar eşidilir

07 Mar 2026 11:26 5 baxış
IMG

İranın paytaxtı Tehranda güclü partlayış səsləri eşidilir.

"Report" xəbər verir ki, bu barədə İranın dövlət televiziyası məlumat yayıb.

Bildirilib ki, partlayışlar İran paytaxtının bir neçə rayonunda eşidilib, lakin hansı rayonların zərər çəkdiyi dəqiqləşdirilməyib.

Qeyd edək ki, daha əvvəl İsrail ordusu İranın mərkəzi hissəsində, Tehranda İranın hərbi infrastrukturuna növbəti zərbə endirdiyini bildirib.

Xəbər lenti