IMG-LOGO

XİN: Azərbaycanın Tehrandakı səfirliyinin əməkdaşlarının böyük hissəsi təxliyə edilib

07 Mar 2026 09:50 7 baxış
IMG

Azərbaycanın Tehrandakı səfirliyinin əməkdaşlarının böyük hissəsi təxliyə edilib.

Bunu "Report" sorğusuna cavab olaraq Xarici İşlər Nazirliyinin (XİN) Mətbuat xidməti idarəsinin rəisi Ayxan Hacızadə deyib.

XİN sözçüsü əlavə edib ki, Azərbaycanın Təbriz şəhərindəki Baş konsulluğu heyətinin təxliyəsi isə tam başa çatıb.

Xatırladaq ki, xarici işlər naziri Ceyhun Bayramov Prezident İlham Əliyevin Tehrandakı Azərbaycan səfirliyi, Təbrizdəki Baş konsulluğun İrandan evakuasiya edilməsi barədə tapşırıqlar verdiyini bildirmişdi.

Xəbər lenti