Duz artıq sadəcə yeməyə dad verən ədviyyə deyil və bir çox evdar qadın onu universal məişət vasitəsi kimi istifadə edir. Amma onun imkanlarının miqyası hətta özünü ev işlərində təcrübəli sayanları belə təəccübləndirir.
Lent.az xəbər verir ki, kimyaçılar bunu duzun sadə tərkibi ilə izah edirlər. Natrium xlorid rütubəti udmaq, qoxuları aradan qaldırmaq və çirkləri parçalamaq qabiliyyətinə malikdir.
Duzun ən məşhur xüsusiyyətlərindən biri onun sorucu (absorbsion) qabiliyyətidir. O, havadakı nəmi yaxşı çəkir və rütubətlə mübarizədə kömək edir. Əgər xalçanın üzərinə maye tökülübsə, duz onu tez bir zamanda hopdurur. Bu, ləkələrin və xoşagəlməz qoxuların qarşısını alır.
Duz metal səthlərin təmizlənməsində də kömək edir. Limonla birlikdə istifadə edildikdə ərp və pası aradan qaldırır. Bir çox insan doğrama taxtalarını təmizləmək üçün duzdan istifadə edir. O, qoxuları yox edir və səthi dezinfeksiya edir.
Duz ayaqqabı qulluğunda da faydalıdır. O, nəmi udur və kif yaranma riskini azaldır. Bəzi evdar qadınlar paltaryuyan maşına da duz əlavə edirlər. Bu, parçaların rəngini daha parlaq saxlamağa kömək edir.
Duz sobanın təmizlənməsində də istifadə olunur. Qızdırıldıqda yumşaq aşındırıcı vasitəyə çevrilir. Əgər tavada yemək yanıbsa, duz hisi təmizləməyə kömək edir. Bu, köhnə, amma effektiv üsuldur.
Duz soyuducudakı qoxuları da aradan qaldırır. Bunun üçün sadəcə açıq qabda iri dənəli duz qoymaq kifayətdir. Şüşə səthlərin təmizlənməsində də duzdan istifadə olunur. Sirkə ilə birlikdə şüşəni parlaq edir. Hətta bəzək əşyalarını da duzla təmizləmək mümkündür.
O, gümüş üzərindəki qaralmanı aradan qaldırır. Duz ən əlçatan və təhlükəsiz məişət köməkçilərindən biridir. Və onun imkanları düşündüyümüzdən qat-qat genişdir.
Maraq duz