IMG-LOGO

Tramp İrana qarşı əməliyyat zamanı ABŞ hərbçilərinin ölməsini mümkün hesab edib

28 Feb 2026 12:19 2 baxış
IMG

ABŞ Prezidenti Donald Tramp İrana qarşı hərbi əməliyyat zamanı amerikalı hərbçilərin həlak ola biləcəyini mümkün hesab edir.

"Report"un məlumatına görə, o, bunu şənbə günü İranda əməliyyatın başlaması ilə bağlı videomüraciətində bildirib.

"Cəsur amerikalı qəhrəmanlar həyatlarını itirə bilər. Bu, müharibədə tez-tez baş verir", - Tramp qeyd edib.

"Lakin biz bunu bu gün üçün etmirik. Biz bunu gələcək üçün edirik", - Tramp əlavə edib.

"Amerikalılara və onların uşaqlarına nüvə silahı ilə silahlanmış İranın heç vaxt təhlükə yaratmamasını təmin etmək üçün həyatını fədakarlıqla riskə atan hər bir hərbçi üçün dua edirik", - ABŞ Prezidenti bildirib.

Xəbər lenti