IMG-LOGO

Gədəbəydə evdə partlayış olub, xəsarət alan var

13 Feb 2024 18:02 170 baxış
IMG

Gədəbəydə evdə qaz sızmasından yanğınla nəticələnən partlayış olub.

Lent.az-ın məlumatına görə, hadisə rayonun Samanlıq kəndində qeydə alınıb.

Kənd sakini, 1941-ci il təvəllüdlü Əbülfəz Musayev yanıq xəsarəti ilə Gədəbəy rayon mərkəzi xəstəxanasına yerləşdirilib.

Oradan isə Gəncə şəhərində yerləşən xəstəxanaların birinə aparılıb.

Faktla bağlı araşdırma aparılır./APA

Mənbə: lent.az

Xəbər lenti