IMG-LOGO

Sükan və pedalı olmayan robotaksilərə icazə verildi

01 Aug 2026 06:38 3 baxış
IMG
1 0

 

ABŞ-də federal tənzimləyici qurumlar sükan, əyləc və qaz pedalı olmayan tam avtonom robotaksilərin yollarda istismarına imkan verən yeni qaydaları təsdiqləyiblər.

Lent.az xəbər verir ki, qərarın avtonom nəqliyyat texnologiyalarının inkişafına mühüm təkan verəcəyi gözlənilir.

Yeni qaydalar istehsalçılara insan müdaxiləsi olmadan işləyən nəqliyyat vasitələrini daha geniş şəkildə sınaqdan keçirməyə və kommersiya məqsədilə istifadəyə verməyə imkan yaradacaq.

Ekspertlərin fikrincə, bu addım gələcəkdə taksi xidmətləri və şəhər nəqliyyatında ciddi dəyişikliklərə səbəb ola bilər.

 

taksi ABŞ

Mənbə: lent.az

Xəbər lenti