IMG-LOGO

İspaniyada Çempionlar Liqası matçından əvvəl Avropa Liqasının himni səsləndirilib

10 Dec 2025 23:05 51 baxış
IMG

İspaniyanın "Vilyarreal" və Danimarkanın "Kopenhagen" komandaları arasında Çempionlar Liqasının əsas mərhələsinin VI turunun matçından əvvəl Avropa Liqasının himni səsləndirilib.

"Report" xəbər verir ki, maraqlı hadisə La Liqa təmsilçisinin ev oyunlarını keçirdiyi "Estadio de la Seramika" stadionunda baş verib.

Qeyd edək ki, hazırda davam edən qarşılaşmada hesab bərabərdir - 2:2.

Xəbər lenti