IMG-LOGO

ABŞ MOL şirkətinin lisenziyasının müddətini avqustun 28-dək uzadıb

01 Aug 2026 00:54 2 baxış
IMG

ABŞ Macarıstanın MOL şirkətinin Rusiyanın "Qazprom neft" şirkəti ilə Serbiyanın NIS şirkətinin alqı-satqısı üzrə danışıqlar aparmasına imkan verən lisenziyanın müddətini avqustun 28-dək uzadıb.

"Report" xəbər verir ki, bu barədə RTS nəşri məlumat yayıb.

Əvvəlki analoji lisenziya iyulun 31-dək qüvvədə idi.

Daha əvvəl ABŞ Maliyyə Nazirliyinin Xarici Aktivlərə Nəzarət İdarəsi (OFAC) də NIS şirkətinin maneəsiz əməliyyat fəaliyyətini həyata keçirməsinə imkan verən xüsusi lisenziyasının müddətini uzatmışdı.

Serbiya Prezidenti Aleksandar Vuçiç cümə günü yaxın günlərdə NIS ilə bağlı sazişin bağlanmasının mümkün olacağına ümid etdiyini bildirib.

NIS Serbiyada karbohidrogenlərin kəşfiyyatı və hasilatı ilə məşğul olan yeganə şirkətdir, Pançevo şəhərində illik gücü 4,8 milyon ton olan neft emalı zavodu da ona məxsusdur.

Mənbə: report.az

Xəbər lenti