Rusiya Silahlı Qüvvələrinin ballistik raketlərlə kütləvi hücumu nəticəsində Kiyevin bir neçə rayonunda partlayışlar və yanğınlar qeydə alınıb.
"Report" xəbər verir ki, bu barədə Ukrayna paytaxtının meri Vitali Kliçko öz "Telegram" kanalında bildirib.
Onun sözlərinə görə, zərbələr nəticəsində üç nəfər həlak olub, beş nəfər müxtəlif xəsarətlərlə xəstəxanaya yerləşdirilib.
Qeyd olunub ki, zərbələr Solomenski, Qoloseyevski və Darnitski, Şevçenkovski rayonlarında yaşayış binalarına və anbarlara, avtomobillərə və digər obyektlərə tuş gəlib.
Mənbə: report.az