IMG-LOGO

Oman sahillərində tanker hücuma məruz qalıb

01 Aug 2026 07:54 3 baxış
IMG

Oman sahillərində tanker hücuma məruz qalıb.

"Report" xəbər verir ki, bu barədə bu barədə Böyük Britaniya Hərbi Dəniz Qüvvələri yanında Dəniz Ticarət Əməliyyatları Mərkəzi (UKMTO) məlumat yayıb.

Mərkəzin məlumatına görə, insident Oman sahillərindən 11 km şimal-şərqdə baş verib.

"UKMTO Limadan (Oman) 11 km şərqdə ticarət gəmisi ilə bağlı insident haqqında məlumatlar alıb. Məlumatlarda qeyd olunub ki, tanker maşın şöbəsini zədələyən mərmi ilə vurulub. Hakimiyyət orqanları araşdırma aparır", - bəyanatda bildirilib.

Mənbə: report.az

Xəbər lenti