Yaponiyanın şimalında 5,8 maqnitudalı zəlzələ baş verib.
"Report" xəbər verir ki, bu barədə ölkənin Milli Meteorologiya İdarəsi məlumat yayıb.
Qeyd olunub ki, episentr Sakit okeanda, şimaldakı Aomori prefekturasından şərqdə, ocaq isə 80 km dərinlikdə yerləşib.
Zərərçəkənlər və ya dağıntılar barədə məlumat daxil olmayıb, sunami təhlükəsi elan edilməyib.
Mənbə: report.az