ABŞ Ədliyyə Nazirliyi əvvəllər Vaşinqtondakı Linkoln memorialının yanındakı hovuzu zədələməkdə təqsirləndirilən keçmiş olimpiyaçı Devid Hernə qarşı cinayət işinə xitam verilməsini istəyib.
"Report" xəbər verir ki, bu barədə ABŞ Ədliyyə Nazirliyinin sənədlərinə istinadən "The Washington Post" (WP) qəzeti məlumat yayıb.
Qurumun materiallarına görə, hovuzun zədələnməsi iyul ayında ABŞ-nin 250 illiyinin qeyd edilməsindən əvvəl aparılmış uğursuz və tələsik təmirin nəticəsi olub.
"The Wall Street Journal" daha əvvəl qeyd edib ki, su tutarının dibindəki örtüyün qopmasının səbəbi, ehtimal ki, onun çəkilməsi zamanı fəhlələr tərəfindən yol verilmiş səhvlər olub.
ABŞ Prezidenti Donald Tramp dəfələrlə bildirmişdi ki, hovuzun örtüyünü vandallar korlayıb. Daha sonra səlahiyyətlilər ziyan vurmaqda avarçəkmə üzrə ABŞ olimpiya yığmasının keçmiş iştirakçısı Devid Herni ittiham ediblər. Onu 10 ilədək azadlıqdan məhrumetmə cəzası gözləyirdi.
Mənbə: report.az