Şənbə günü Tehranın mərkəzində İranın Ali Liderinin ofisi, Əli Xameneinin əsas iqamətgahı hücuma məruz qalıb.
"Report" xəbər verir ki, bu barədə "Iran International" məlumat yayıb.
Hücumun nəticəsi hələlik məlum deyil.
10:28
İranın paytaxtı Tehranda partlayış səsləri eşidilir, qatı tüstü dumanı müşahidə olunur.
"Report"un məlumatına görə, bu barədə "Tasnim" agentliyi xəbər verir.
Digər təfərrüatlar açıqlanmır.