IMG-LOGO

Alimlər insan orqanları olan donuz yetişdiriblər

13.02.2024 17:08 101 baxış
IMG

Yaponiyada elmi yenilik əldə edilib.

Lent.az Rusiya mətbuatına istinadən xəbər verir ki, alimlər geni dəyişdirilmiş donuzun yaradıldığını elan ediblər. 

Bildirilir ki, onun orqanları rədd edilmədən insanlara köçürülə bilər .

Bu mühüm addım Amerika biotexnologiya şirkəti tərəfindən hazırlanmış və yapon alimləri tərəfindən uğurla tətbiq edilmiş texnologiya sayəsində mümkün olub.

Nailiyyət tibbin gələcəyinə qapı açır. Orqan transplantasiyası daha təsirli və təhlükəsiz ola bilər. Yapon alimləri bu innovativ texnikanı praktiki istifadəyə gətirmək və milyonlarla insanın həyatını xilas etmək ümidi ilə tədqiqatlarını davam etdirəcəklər.  

Xəbər lenti