IMG-LOGO

Azərbaycanda DƏHŞƏT: övladlarına həsrət qalan ata özünü asdı

13.02.2024 16:02 103 baxış
IMG

Quba rayonuda intihar hadisəsi baş verib. 

Lent.az-ın məlumatına görə, hadisə Quba şəhəri, General Əsədov küçəsində qeydə alınıb. 

Orada yaşayan Mərdan Tahirov evin pilləkənlərindən özünü asaraq intihar edib.

İlkin məlumata görə, M.Tahirov bir müddət əvvəl arvadından boşanıb. Həyat yoldaşından ayrılması və övladlarından ayrı düşməsi, onları görə bilməməsi Mərdan Tahirovda psixoloji gərginlik yaradıb. Onun bu gərginlik fonunda intihar etdiyi ehtimal olunur. 

Faktla bağlı Quba rayon prokurorluğu tərəfindən cinayət işi açılıb, araşdırma aparılır. 

Xəbər lenti