Alimlərin araşdırmalarına görə, insanın seçdiyi yeməklər onun xarakterbarədə müəyyən ipucları verə bilər.
Lent.az xəbər verir ki, "Your Tango" nəşrinin yazdığına əsasən, qida seçimlər bəzən insanın davranış modelini əks etdirir.
1. Acı və ədviyyəli yeməkləri sevənlər
Belə insanlar adətən riskə meyilli, yeniliklərə açıq və dəyişiklikdən qorxmayan olurlar. Monotonluqdan tez yorulurlar.
2. Acı (acımtıl) dadı sevənlər
Şəkərsiz qəhvə, tünd şokolad və zeytun kimi məhsullara üstünlük verənlərin daha sərt xarakter xüsusiyyətlərinə malik ola biləcəyi bildirilir. Tünd acı dadı sevmək bəzən empatiyanın zəifliyi və soyuqluqla əlaqələndirilə bilər.
3. Duzlu yeməkləri sevənlər
Belə şəxslər çevik və tez uyğunlaşan, eyni zamanda ambisiyalı və rəqabət ruhlu ola bilərlər.
4. Şirniyyat sevənlər
Desertlərə üstünlük verənlər adətən mehriban və yumşaqxasiyyətli sayılırlar. Araşdırmalar göstərir ki, şirin dad əməkdaşlıq və başqalarına yardım meyilini artıra bilər.
5. Turş dadı sevənlər
Sitrus meyvələri və turş məhsullara üstünlük verənlər özlərinə və ətrafdakılara qarşı yüksək tələblər qoyurlar. Onlar tez-tez özünütənqidə meyilli və həssas olurlar.
6. Pikant yeməkləri sevənlər
Mürəkkəb dad kombinasiyalarını sevənlər adətən ciddi, zövqlü və seçici xarakterə malik kimi təsvir olunurlar.
Mütəxəssislər vurğulayırlar ki, bu nəticələr statistik araşdırmalara əsaslanır. Dad seçimləri insanın şəxsiyyətini birbaşa müəyyən etmir, lakin onun bəzi xüsusiyyətlərini əks etdirə bilər.
yeməklər xarakter