IMG-LOGO

Kamil Xasiyev: Sülh perspektivləri heç vaxt indiki qədər ümidverici olmayıb

28 Feb 2026 01:29 3 baxış
IMG

"Sülh perspektivləri heç vaxt indiki qədər ümidverici olmayıb".

"Report"un Balkan bürosu xəbər verir ki, bunu Azərbaycanın Serbiyadakı fövqəladə və səlahiyyətli səfiri Kamil Xasiyev Belqradda "Sülh, əməkdaşlıq və təhlükəsizlik perspektivləri: Vaşinqton sammitindən sonra Azərbaycan və Ermənistan" mövzusunda təşkil olunmuş dəyirmi masada sualları cavablandırarkən deyib.

Diplomat bildirib ki, Ermənistanda Azərbaycandan fərqli olaraq sülhün tərəfdarı olmayan insanlar və siyasi qüvvələr mövcuddur. Azərbaycanda isə vəziyyət fərqlidir, hamı sülh prosesini qəti şəkildə dəstəkləyir:

"Ermənistanda bəzi qruplar var idi ki, biz Ermənistanla ilk dəfə ticarətə başlayanda, xüsusilə yanacaq və neft məhsullarının tədarükünə start verəndə yanacaqdoldurma məntəqələrində bizim benzini almaq istəmirdilər. Onlar soruşurdular ki, bu yanacaq Azərbaycandan gəlib, yoxsa yox. Əgər Azərbaycandan gəlmişdisə, almaq istəmirdilər.

Lakin cəmi bir neçə həftə keçməmiş hamı həmin benzini almağa başladı. Əlbəttə, Ermənistanda hələ də narazı qüvvələr mövcuddur. Amma Vaşinqton sazişinin özünə gəldikdə isə, düşünürəm ki, Ermənistanın hazırkı rəhbərliyinin onun icrasında maraqlı olduğu kifayət qədər aydındır".

Xəbər lenti