Qazaxıstan və Serbiya prezidentləri Kasım-Jomart Tokayev və Aleksandr Vuçiç Astanada danışıqların yekunları üzrə birgə bəyanat qəbul ediblər.
"Report" xəbər verir ki, bu barədə Qazaxıstan KİV-ləri məlumat yayıb.
Bundan əlavə, dövlət başçılarının iştirakı ilə 10 idarələrarası sənədin mübadiləsi həyata keçirilib. Buraya - səhiyyə sahəsində əməkdaşlıq haqqında, Qazaxıstan Baş Prokurorluğu ilə Serbiya Ədliyyə Nazirliyi arasında tərəfdaşlıq və əməkdaşlıq haqqında, Qazaxıstanın Süni İntellekt və Rəqəmsal İnkişaf Nazirliyi ilə Serbiyanın İnformasiya və Telekommunikasiyalar Nazirliyi arasında qarşılıqlı anlaşma haqqında memorandumlar və s. daxildir.