IMG-LOGO

Paşinyanın sədrliyi ilə keçirilən iclasda hibrid təhdidlərə qarşı mübarizə müzakirə edilib - YENİLƏNİB

27 Feb 2026 15:52 2 baxış
IMG

Ermənistan Təhlükəsizlik Şurasının Baş nazir Nikol Paşinyanın sədrliyi ilə keçirilən növbəti iclasında hibrid təhdidlərə qarşı mübarizə məsələsi müzakirə edilib.

"Report" xəbər verir ki, bu barədə Ermənistan KİV ölkənin Təhlükəsizlik Şurası aparatının bəyanatına istinadən məlumat yayıb.

Bundan əlavə, sosial şəbəkələr də daxil olmaqla, onlayn platformalarda uşaqların müdafiəsi ilə bağlı məsələ müzakirə olunub.

İclasda Təhlükəsizlik Şurasının üzvləri ilə yanaşı, ölkə Prezidenti Vaaqn Xaçaturyan və parlamentin sədri Alen Simonyan da iştirak ediblər.

13:09

Ermənistan Baş naziri Nikol Paşinyanın sədrliyi ilə Təhlükəsizlik Şurasının növbəti iclası keçirilib.

"Report" xəbər verir ki, bu barədə Ermənistan KİV-i məlumat yayıb.

Digər təfərrüatlar açıqlanmır.

Xəbər lenti