IMG-LOGO

Xocavənd şəhər sakini: Burada bizim üçün hər bir şərait yaradılıb

27 Feb 2026 12:46 2 baxış
IMG

Xocavənddə şəhərə köçürülən sakinlər üçün hər bir şərait yaradılıb.

Bunu "Report"un Xocavəndə ezam olunan əməkdaşına açıqlamasında şəhər sakini Aqil Axundov deyib.

O, məcburi köçkünlük dövründə uzun müddət Sumqayıt şəhərindəki yataqxanalardan birində yaşadıqlarını bildirib:

"Çox çətin günlərimiz oldu, ağır şəraitdə üç övlad böyütdüm. Xocavənd işğal olunanda qardaşım, qaynatam və nənəm şəhid olub. Özüm də müharibədə iştirak etmişəm. Çox şükür, bu gün öz yurdumuza döndük. Açığı, şəhərdə çox əla bir şərait yaradılıb, hər şey ürəyimizcədir. Daha nə istəyə bilərik?"

Xəbər lenti