Azərbaycan və Efiopiya Birləşmiş Millətlər Təşkilatının (BMT) İqlim Konfransının otuz ikinci sessiyası (COP32) çərçivəsində əməkdaşlıq edəcək.
"Report" xəbər verir ki, bununla bağlı fevralın 27-də Azərbaycan Prezidenti İlham Əliyevin və Efiopiyanın Baş naziri Abiy Əhməd Əlinin iştirakı ilə Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov və Efiopiyanın xarici işlər naziri Qedion Timoteos Bakıda "Birləşmiş Millətlər Təşkilatının İqlim Konfransının (COP32) otuz ikinci sessiyasının təşkilində əməkdaşlıq haqqında Anlaşma Memorandumu"nu imzalayıblar.
Xatırladaq ki, BMT İqlim Konfransının 29-cu sessiyası 2024-cü ildə Bakıda keçirilib. 30-cu sessiya ötən il Braziliyada baş tutub. COP31-ə bu il Türkiyə ev sahibliyi edəcək. İqlim Konfransının 32-ci sessiyası isə 2027-ci ildə Efiopiyada keçiriləcək.