IMG-LOGO

Xocavənd kənd sakini: Doğma yurda geri dönmək ümidimizi heç vaxt itirmədik

27 Feb 2026 11:51 3 baxış
IMG

Sakinlər doğma yurda geri dönmək ümidlərini heç vaxt itirmədilər.

Bunu "Report"un Prezidentin izi ilə Xocavəndə ezam olunan əməkdaşına açıqlamasında rayonun Xocavənd kənd sakini Elanora Talıbova deyib.

O, kəndlərinin 1991-ci ildə işğal olunmasından sonra ilk olaraq Ağcabədi rayonunda məskunlaşdıqlarını bildirib:

"Daha sonra dövlət bizi evlə təmin etsə də, hər zaman doğulub boya-başa çatdığımız kəndə qayıdacağımız günü gözlədik. Artıq fevralın 20-dən buraya qayıtmışıq, kəndimizin təmiz havası, saf suyu ruhumuza rahatlıq verib. Xocavəndə qayıtdıqdan sonra sanki bütün ağrı-acılarım yox olub. Həmişə inamlı olmuşam, heç vaxt geri dönmək ümidimi itirməmişəm. Çox şükür, o inamımız doğruldu".

Xəbər lenti