Astanada Qazaxıstan və Serbiya prezidentləri Kasım-Jomart Tokayev və Aleksandr Vuçiç arasında danışıqlar başlayıb.
"Report"un Qazaxıstan bürosunun Akordaya istinadən verdiyi məlumata görə, iki dövlətin liderlərinin görüşü məhdud tərkibdə keçirilir.
Qeyd edək ki, Vuçiç dünən Qazaxıstana ikigünlük rəsmi səfərə gedib. Səfər çərçivəsində siyasi dialoqun daha da gücləndirilməsi, ticarət-iqtisadi əlaqələrin genişləndirilməsi və mədəni-humanitar əməkdaşlıq məsələləri ilə bağlı danışıqlar planlaşdırılıb.