IMG-LOGO

XİN rəhbəri İlham Əliyevin Avropa Siyasi Birliyinin Sammitində iştirak edib-etməyəcəyindən danışıb

26 Feb 2026 09:41 4 baxış
IMG

Xarici işlər naziri Ceyhun Bayramov Prezident İlham Əliyevin Avropa Siyasi Birliyinin Sammitində iştirak edib-etməyəcəyindən danışıb.

"Report"un məlumatına görə, Ceyhun Bayramov Xocalı soyqırımının 34-cü ildönümü ilə bağlı "Ana harayı" abidəsini ziyarət edərkən jurnalistlərə deyib ki, Avropa Siyasi Birliyinin tədbirlərində müxtəlif səviyyəli təmsilçilik nəzərdə tutulmur.

"Məndə olan məlumata görə, may ayında Ermənistanda keçiriləcək Avropa Siyasi Birliyinin Sammitində Azərbaycan Prezidentinin iştirakı nəzərdə tutulmur. Burada təmsilçilik yalnız dövlət başçıları səviyyəsində olur, yəni bu format belə təsis edilib. Məndə olan məlumata əsasən, Prezident İlham Əliyevin may ayında Ermənistana səfəri nəzərdə tutulmayıb", - XİN başçısı qeyd edib.

Xəbər lenti