Bakıda avtomobilin vurduğu piyada ölüb.
Lent.az xəbər verir ki, hadisə noyabrın 3-də Nizami rayonu ərazisində qeydə alınıb.
"Ford tranzit" markalı avtomobil 65 yaşlı Süleymanov Mehman İbrahim oğlunu vurub. Sabunçu Tibb Mərkəzinə yerləşdirilən yaralı bu gün orada ölüb.
Araşdırma aparılır.
Hadisələr yol qəzası piyadaMənbə: lent.az